B
Avtomobil

Basqal–Sulut kəndlər yolu

Məsafə30.1 km
ÇətinlikAsan

11 dağ kəndini birləşdirən 30,1 km-lik avtomobil yolu.

2021-ci ildə açılmış iki zolaqlı yol Muğanlı–İsmayıllı yolunun 17-ci kilometrindən başlayır. Marşrut boyu Basqal, Qıçatan, Tağlabiyan, Kəlfərəc, Zeyvə, Kürdüvan, Xankəndi, Mücü, Sərsurə, Kələzevə və Sulut kəndləri yerləşir.

Tövsiyə: Basqalda kəlağayı emalatxanasına baş çəkin, yolda kənd bazarlarında yerli məhsul alın.