İ
İvanovka
Hündürlük848 m
İsmayıllıdan13 km
Molokan icmasının kəndi və Azərbaycanda hələ də işləyən kolxoz.
İvanovka 1834-cü ildə Rusiyanın mərkəzi quberniyalarından köçürülmüş, əsasən molokan kəndliləri tərəfindən salınıb. Kənd İsmayıllıdan 13 km aralıda, 848 metr hündürlükdə yerləşir; bələdiyyəyə Külüllü kəndi də daxildir.
1936-cı ildə yaradılmış kolxoz bu gün də fəaliyyət göstərir — Azərbaycanda işləyən yeganə kolxozdur.
Kənd çaxırı, balı, şoru, kəsmiyi və ev çörəyi ilə tanınır. Molokanların ibadət evi və ənənəvi kənd evləri ilə tanışlıq turistlər üçün maraqlıdır.